11/22/2011

"Place of Hope" - Short story / Umid yeri-qisa həkayə

Umid Yeri NGO was officially registered at the Ministry of Justice, Republic of Azerbaijan in 1997 and immediately took over one of the most vital problems emerged due to transition period in our country. To that end the first Child Asylum in Azerbaijan was established to overcome the street children problem.

Continuous search raids conducted by the Umid Yeri members and volunteers to streets, stations, Seaside Park and a number of different places in Baku yielded positive results. Soon the House with maximum capacity to accommodate 50 children at a time started functioning and provided shelter for those in need.

Indeed it was their home to save them from miserable street life, incredibly poor living conditions in slums where they are completely vulnerable to dangerous infections and humiliating work in streets like cleaning of car wind shields, involvement in minor street trade and even begging in terrible winter cold and under burning rays of sun in summer. All children coming to the center can feel and get every care. They are provided with hygienic and medical services, pass social and psychological adaptation and are placed in appropriate educational institutions. The Center also assists children talented in music, dancing and other fields to upgrade and improve their skills in special schools. In addition, Umid Yeri has ensured rights of dozens with no registration address to serve their military service. Thus, during 9 years of its existence the center has been successful enough to shelter 800 children and encourage them to build their future.

We have to be with them... We have to take care of them.
This is our responsibility as citizens and human beings.
Children must be in our hearts not in the streets.
Open wide your hearts, dear friends.

Nigar Mansimli
Chairwoman
--------------------------------------------------------------------------------------------------------------
1997 - ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alındı və dərhal ölkəmizdə keçid dövrünün yaratdığı ən ağır sosial problemlərdən birinin - küçə uşaqları probleminin həllində iştiraka başladı. Bu məqsədlə Azərbaycanda ilk Uşaq Sığınacağı yaratdı.


"Ümid Yeri" Cəmiyətinin üzvləri və könüllülər davamlı olaraq Bakı küçələrinə, vağzallara, dənizkənarı parka və digər yerlərə reydlərə çıxmağa və bu yerləri özlərinə yaşayış məkanı seçmiş uşaqları sığınacağa gətirməyə başladılar. Çox keçmədi ki, 50 nəfərlik tutum gücü olan ev balaca sakinlərini öz ağuşuna aldı.

Dünən küçələrdə avtomobil şüşəsi silən, xırda alver edən,çirkli əllərini açıb dilənən, yoluxucu xəstəliklərin mənbəyi olan ən ağılagəlməz daldalanacaqlarda gecələyən, qışın soyuğunda donan, yayın od - alovunda kömür kimi qaralan uşaqlar "Ümid Yeri"nin simasında özlərinə ev tapdılar. "Ümid Yeri" nə daxil olan hər bir uşağ çimizdirildi, həkim müayinəsindən keçirildi, sosial - psixoloji adaptasiyaya cəlb edildikdən sonra müxtəlif təhsil müəssisələrində yerləşdirildi. O, cümlədən musiqi, rəqs, ifa etmək qabiliyyəti aşkarlanmış uşaqların ixtisas məktəblərində təhsil almalarına kömək göstərildi. "Ümid Yeri" heç yerdə qeydiyyatı olmayan, yetkinlik yaşına çatmış onlarla oğlan uşağına vətənə xidmət etmək haqqı qazandırdı. Onları öz ünvanından hərbi xidmətə yola saldı. Bu minvalla 9 illik fəaliyyət müddətində 800 azyaşlı uşaq Sığınacağa pənah gətirdi və öz sabahı üçün ümüdlü oldu.

O uşaqların yanında olmalıyıq... O uşaqları yanımıza almalıyıq.
Bu bizim vətəndaşlıq borcumuzdur. Bu bizim insanlıq borcumuzdur.
Uşaqların yeri küçə deyil, böyüklərin qəlbidir.
Ürəyinizin qapılarını geniş açın, dostlar.

“Ümıd Yerı” cəmıyyətının sədrı
Nigar Mənsimli